reklam
Daha bir boksçumuz yarışa qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

Daha bir boksçumuz yarışa qələbə ilə başladı -Avropa çempionatı


Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Sportfm.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz onaltıdabir final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

O, səkkizdəbir final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.

Digər boksçularımız Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Əzrək Bəbirovla (56 kq) Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.

Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.

Oxşar xəbərlər

Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi
İki boksçumuz rinqə çıxacaq - Dünya birinciliyi
3 boksçumuz rinqə çıxacaq - Dünya birinciliyi
11 gənc boksçumuz mübarizə başlayır - Dünya birinciliyi
Boksçumuz Avropa çempionatında mərhələ adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər