Boksçumuz Avropa çempionatında mərhələ adladı
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında dördüncü günün döyüşləri başa çatıb.
Sportfm.az xəbər verir ki, səkkizdəbir finalda Azərbaycan millisinin daha üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91) ilk döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz gürcüstanlı Giorgi Tçikladzedən üstün olub – 5:0. M.Abdullayev martın 13-də dörddəbir finalda rusiyalı Vladislav Muravin ilə üz-üzə gələcək.
Komandamızın digər üzvü Əflatun Babayevin (56 kq) debütü uğurlu alınmayıb. Amin Kuşkov (75 kq) da dörddəbir finala gedən yolda büdrəyib.
Martın 12-də qadın boksçular arasında da səkkizdəbir final görüşləri başa çatacaq. Yığmamızın üzvlərindən Günel Rəhimova (48 kq) mərhələ adlamaq üçün rusiyalı Yekaterina Paltçeva ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi
Daha bir boksçumuz yarışa qələbə ilə başladı - Avropa çempionatı
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazandı
Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazandı
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası