Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq
"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir. Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində yoxlama oyununda da qüvvəsini sınayıb. Komanda I divizion təmsilçisi "Ağsu” ilə görüşüb. Tural Məmmərzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib - 1:1. Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq.
Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Quliyevin yetirmələri qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. "Qəbələ” Albaniyanın "Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.
Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun "Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək "qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.
Oxşar xəbərlər
“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmadı
"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq
"Qəbələ" üçün daha üç rəqib
"Qəbələ" yenə Albaniya klubuna məğlub oldu
"Qəbələ"nin üç rəqibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası