reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" yenə Albaniya klubuna məğlub oldu


Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.
 
Sportfm.az xəbər verir ki, Hüseynqulu Quliyevin komandası Albaniyanın "Partizani” klubu ilə qarşılaşıb. Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.
 
Yoxlama oyunu
16 yanvar
Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar: Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.

Oxşar xəbərlər

"Qəbələ" üçün daha üç rəqib
"İnter" Rusiya klubuna qarşı
"Qəbələ" "Traktorsazi"ni yendi
"Qəbələ" ilə məğlubiyyətlə başladı
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər