Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bilbao UEFA-ya təminat vermədi -AVRO-2020
İspaniyanın Bilbao şəhəri AVRO-2020 matçlarını qəbul etmək fikrindən daşınıb.
Sportfm.az xəbər verir ki, şəhər hakimiyyəti UEFA-nın pandemiyaya baxmayaraq, stadionlara tamaşaçıları buraxmaq tələbini yerinə yetirməkdən imtina etdiyini açıqlayıb.
Bilbao ilə yanaşı, Münxen və Dublin də azarkeşlərlə bağlı tələbi yerinə yetirə bilməyəcəklərini qeyd edib, lakin hələ ki turnirdən imtina etməyib. UEFA-nın sabah keçiriləcək iclasında bu şəhərlərin AVRO-2020 matçlarını keçirmək hüququndan məhrum edilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan AVRO-2020 matçlarında stadionun yarıyadək tamaşaçılarla dolması ilə bağlı UEFA-ya təminat verib.
Oxşar xəbərlər
Ev sahiblərinə yenə vaxt verildi - AVRO-2020
Münhen təminat verməkdən imtina etdi - AVRO-2020
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
İtaliya təminat verə bilmədi - AVRO-2020
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası