reklam
Georgi Navalovski:
Sportfm.az xəbər saytı

Georgi Navalovski: "Azarkeşlərimizə demək istəyirəm ki..."- VİDEO


Sportfm.az xəbər verir ki, "Neftçi”nin yeni transferi gürcüstanlı Georgi Navalovski Neftçi TV-yə açıqlama verib:

"Təlim-məşq toplanışı normal keçir. Əhval-ruhiyyəmiz çox yaxşıdır. Biz, demək olar ki, vahid mehriban komandayıq. Hiss olunur ki, bir ailəyik. Məqsədimiz budur ki, çempionat başlayanadək hazır olaq. Komandanın qarşıya qoyulan məqsədə çatması və buna birlikdə nail olmağımız üçün hər şey etmək istəyirəm. Əgər yaxşı hazırlaşıb, öz işimizin öhdəsindən yaxşı gəlsək, hər şey edə bilərik. "Neftçi” azarkeşlərinə demək istəyirəm ki, əsas odur ki, onlar bizə inansınlar. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
 

Oxşar xəbərlər

"Neftçi"nin yeni transferi azarkeşlərə səsləndi
"Oyunlarda ürəyimi qoyacam" - "Neftçi"nin yeni transferi VİDEO
Daniel Seqoviya: "Kim daha yaxşı hazır olsa, o da oynayacaq"
Rəşad Əzizli: "Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik".
“Neftçi” müraciət etdi - "İslahatlara əl atmağa hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər