Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəşad Əzizli: "Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik".
"Səbail"in yeni transferi Rəşad Əzizli maraqlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı qapıçı "Səbail"'ə transferi, hədəfləri və II dövrə hazırlıqlarını dəyərləndirib: "Səbail"in şərəfini qoruyacağım üçün xoşbəxtəm. Öz oyunumla baş məşqçinin və rəhbərliyin etimadını doğrultmağa çalışacam. Məşqlərdə canla-başla çalışırıq və II dövrənin hazırlıqlarını davam etdiririk. Komandanın yaxşı təlim-məşq toplanışı keçməsi üçün əla şərait yaradılıb.
Antalyada 2 yoldaşlıq görüşü keçirmişik. Sabah "Szeged" ilə oyunda qələbə qazanmağa çalışacağıq. Yeni transferlərin uyğunlaşması baxımından bu oyunlar böyük əhəmiyyət kəsb edir. İkinci dövrəyə uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik".
Oxşar xəbərlər
Rəşad üçün 100-üncü qarşılaşma
"Səbail"in futbolçusu: "Neftçi"də az şans qazanırdım"
Georgi Navalovski: "Azarkeşlərimizə demək istəyirəm ki..." - VİDEO
Ruslan Tağızadə: "Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı"
Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası