"Futbolçular istədiklərimizi yerinə yetirdilər" -Sənan Qurbanov
"Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik".
Oxşar xəbərlər
"Psixoloji gərginliyi üstümüzdən ata bilmirik" - Sənan Qurbanov
"Meydanda istədiklərimizi edə bildik" - Elmar Baxşıyev
“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Ədalətli olmağa çalışıram" - Rəşad Sadıqov
"Futbolçular tapşırığı yerinə yetirdilər" - Sənan Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası