reklam
Sportfm.az xəbər saytı

"Legiya" Mahir Emreli ilə anlaşır -"Danışıqları sürətlə davam edir"


Polşanın "Legiya" klubu "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə razılaşmağa yaxındır.
Sportfm.az xəbər verir ki, bunu Polşada yaşayan jurnalist Eugenio Qonsales Agilera öz tvitter səhifəsində yazıb.
O, Varşava təmsilçisinin millimizin hücumçusu ilə danışıqları sürətlə davam etdirdiyini bildirib: "Futbolçunun çoxlu sayda təklifləri olmasına baxmayaraq, "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə davam etdirir".
Qeyd edək ki, M.Emreli bu mövsüm bütün turnirlərdə 28 oyunda 20 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, "Legiya" Polşa çempionatında 60 xalla 1-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Mahir Emreli Vətənə qayıtdı - FOTO
"Legiya" təhlükə zonasında - Mahir Emreli də kömək etmir
Mahir Emreli "Kopenhagen"in hədəfində
Emreli "Legiya"da növbəti qolunu vurdu - Polşa çempionatı
Polşa çempionu Emreli ilə danışıqlara başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər