reklam
Stadnik favoritlər sırasında -
Sportfm.az xəbər saytı

Stadnik favoritlər sırasında -Tokio-2020


Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə qadın güləşində 50 kq çəki dərəcəsində qalib müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, Braziliyanın "Olimpiadatododia" nəşri olimpiadadakı favoritləri açıqlayıb.

Səbəb kimi əvvəlki olimpiadalarda 48 kq çəkidə çıxış etmiş pəhləvanların bu dəfə 50 kq-da çıxış edəcəkləri göstərilib.

Favoritlər siyahısında Azərbaycan millisinin üzvü Mariya Stadnik də yer alıb. Yaponiyalı Yui Susakinin və Çindən Sun Yanyanın da bu çəkidə əsas güləşçilərdən olduğu vurğulanıb.

Yazıda ABŞ, Kuba, Monqolustan və Şərqi Avropa ölkələrinin güləşdə böyük ənənəyə sahib olduqları bildirilib.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib. Stadnik 50 kq çəkidə son dünya çempionudur.

Oxşar xəbərlər

Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
Mariya Stadnik Azərbaycanla bağlı paylaşım etdi
Mariya Stadnik mükafatlandırıldı - Tokio-2020
Stadnik bürünc medal qazandı - Tokio-2020
Güləşçimiz olimpiadaya lisenziya qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər