Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mariya Stadnik Azərbaycanla bağlı paylaşım etdi
Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik instaqram hesabında yeni paylaşım edib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.
Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.
Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.
Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Oxşar xəbərlər
Stadnik yarımfinalda - Olimpiya Təsnifat turniri
Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
Mariya Stadnikin Olimpiya medalı oğurlandı - FOTO
Mariya Stadnik mükafatlandırıldı - Tokio-2020
Stadnik favoritlər sırasında - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası