reklam
“Qarabağ”ın sabiq qapıçısı ən yaxşı oldu
Sportfm.az xəbər saytı

“Qarabağ”ın sabiq qapıçısı ən yaxşı oldu


Bosniyalı qapıçı Asmir Beqoviç 2020/21 mövsümünün yekununa əsasən “Borntmunt”un ən yaxşı futbolçusu seçilib.

Sportfm.az xəbər verir ki, “Daily Echo-Micky Cave” nəşrinin sorğusunda 33 yaşlı futbolçu hamıdan çox - 44 faiz səs toplayıb. Bununla da o, ikinci yeri tutan hollandiyalı yarımmüdafiəçi Arnaut Danjumanı (33 faiz) və ingilis müdafiəçi Kemeron Karter-Vikersi (7 faiz) qabaqlayıb.

Beqoviç bu mövsüm Çempionşipdə mübarizə aparan “Borntmunt”un əsas qapıçısı kimi 45 oyunda meydana çıxıb və 44 qol buraxıb. 15 matçda isə o, qapısını toxunulmaz saxlayıb. 

Xatırladaq ki, Asmir Beqoviç 2019/20 mövsümünün yarısını “Qarabağ”da keçirib. 

Oxşar xəbərlər

Asmir Beqoviç 10 nəfərdən biridir - FOTO
"Qarabağ"dan "Milan"a... FOTO
"Qarabağ"ın qapıçısı "Vest Hem" yolunda
"Qarabağ"ın yeni transferi həftənin oyunçusu seçildi
Prosineçki Beqoviçin "Qarabağ"a transferinə münasibət bildirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər