reklam
Prosineçki Beqoviçin
Sportfm.az xəbər saytı

Prosineçki Beqoviçin "Qarabağ"a transferinə münasibət bildirdi


Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidi barədə danışıb.

Sportfm.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi komandaya getdiyi üçün məmnun olduğunu deyib:

"Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və "Qarabağ"a keçib. Əlbəttə bundan çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan".

"Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan icarəyə götürüb. 

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 

Oxşar xəbərlər

Beqoviçin "Milan"dakı taleyi - Cəmi iki oyun
"Qarabağ"dan "Milan"a... FOTO
Prosineçki Beqoviçin cavabını verdi
Prosineçki Beqoviçi milliyə dəvət etmədi
"Qarabağ" transfer pəncərəsinin son günündə Asmiri heyətinə qatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər