Daha bir boksçumuz lisenziya üçün mübarizə aparacaq -Tokio-2020
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, boksçumuz Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünü uğurla keçirib.
Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) qarşılaşan M.Abdullayev səkkizdəbir final çərçivəsində baş tutan görüşdə 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Qeyd edək ki, bundan əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) Avropa Olimpiya təsnifat turnirində Tokio Olimpiadasına lisenziya qazanıblar.
Oxşar xəbərlər
Daha bir boksçumuz lisenziya qazandı - Paris-2024
Rəqib finaldan imtina etdi, idmançımız qalibi oldu - Təsnifat Turniri
Sotomayor Tokio-2020-yə lisenziya qazandı
Daha bir boksçumuzdan lisenziya - Tokio-2020
"Türkiyə bizə dost rəqibdir" - Nəriman Abdullayev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası