reklam
Rəqib finaldan imtina etdi, idmançımız qalibi oldu -
Sportfm.az xəbər saytı

Rəqib finaldan imtina etdi, idmançımız qalibi oldu -Təsnifat Turniri


Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Sportfm.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. Buna idmançımızın rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.

Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığmamız üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla başa vurub.

Bundan başqa, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Oxşar xəbərlər

Sotomayor Tokio-2020-yə lisenziya qazandı
Daha bir boksçumuz lisenziya üçün mübarizə aparacaq - Tokio-2020
Daha bir boksçumuzdan lisenziya - Tokio-2020
Boksçularımız təsnifat turnirində mübarizə aparacaqlar - Parisdə
Boksçularımız Fransaya yola düşdü - Təsnifat Turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər