Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Finlandiya Danimarkaya qalib gəldi -AVRO-2020
Futbol üzrə Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.
Qrupun ilk matçında Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz keçən görüş qorxunc olayla yadda qalıb. Belə ki, Kopenhagendəki matçın 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerdə qalıb. Özündən gedən Erimsen həkimlərin yardımı ilə qospitala çatdırılıb, oyun isə yarımçıq dayandırılıb. Bakı vaxtı ilə 22:30-dan davam etdirilən qarşılaşma finlərin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Psixoloji sarsıntı alan rəqibinə güc göstərən "suomi" turnirə dramatik zəfərlə başlayıb.
Avropa çempionatı
Qrup mərhələsi
B qrupu, I tur
12 iyun
Danimarka - Finlandiya 0:1
Qol: Coel Pohyanpalo, 59.
Parken stadionu. Koopenhagen, Danimarka.
Oxşar xəbərlər
Bu gün daha 3 oyun keçiriləcək - AVRO-2020
"Növbəti oyunlarda Danimarka millisinə dəstək olacağam" - Eriksen
AVRO-2020-nin təqvimi - SİYAHI
“Avro-2020”nin təqvimi - Vaxtı və saatı
AVRO-2020: Gürcüstan və Ermənistan uduzdu, İtaliya darmadağınla qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası