reklam
Portuqaliya klubu Kamran Ağayevlə bağlı bəyanat yaydı
Sportfm.az xəbər saytı

Portuqaliya klubu Kamran Ağayevlə bağlı bəyanat yaydı


"Boavişta” klubu Kamran Ağayevlə bağlı açıqlama verib. 
Sportfm.az xəbər verir ki, yerli futbol federasiyasının klubun qapıçısı Kamran Ağayevi üç oyunluq diskvalifikasiya etməsi ilə bağlı bəyanat yayan "Boavişta” rəsmiləri qərardan razı qalmadıqlarını açıqlayıblar. Bəyanatda "Boavişta” klubu ilə bağlı oxşar hadisələrdə daim çox ağır qərarlar qəbul edən futbol federasiyasının birtərəfli mövqe tutulduğu iddia olunur. Həmçinin klub rəhbərliyi Ağayevin hərəkətlərinin düzgün olmadığını, lakin cəzanın həddindən artıq sərt olmasından təəssüfləndiklərini qeyd ediblər. 
Qeyd edək ki, yığmamızın və "Boavişta”nın əsas qapıçısı Kamran Ağayev 17-ci turda "Benfika” ilə matçın(3:3) sonunda əsəblərini cilovlaya bilməyərək, rəqib futbolçularla insident yaşamışdı. 
 
Azerisport.com

Oxşar xəbərlər

“Boavişta”nın baş məşqçisi Kamran Ağayevdən danışdı
"Boavişta"dan Kamran Ağayev açıqlaması: "O, böyük qapıçıdı və komandada qalmalıdı"
Kamran Ağayev liderlə görüşə çıxır
Kamran Ağayevin etdiyi səhv komandasını uduzdurdu
Kamran Ağayev cəzalandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər