Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Boavişta”nın baş məşqçisi Kamran Ağayevdən danışdı
Azərbaycan milli komandasının baş məşqçisi Kamran Ağayev "Boavişta" klubu ilə yollarını ayırır.
Sportfm.az xəbər verir ki, artıq Portuqaliyanı tərk edən təcrübəli əlcək sahibi Bakıdadı.
Kamran mövsüm başa çatmamış "Boavişta"dan ayrılıb-ayrılmadığı tam aydın deyil. Bu məsələyə aydınlıq gətirmək üçün sport24.az saytı Porto klubunun baş məşqçisi Migel Lealla əlaqə saxlayıb. Portuqaliyalı mütəxəssis a açıqlamasında Ağayevlə heç bir probleminin olmadığını bildirib:
"Çünki o, yaxşı qapıçıdı. Hər zaman Kamranın xoşlamışam. Əslində, bu mövzuda çox danışmaq istəmirəm. Çünki onunla bağlı məsələləri rəhbərlik daha dəqiq bilir. Kamran Ağayevlə heç danışmamışıq. O, mənə heç bir şey deməyib".
Xatırladaq ki, Kamran ötən yay keçdiyi "Boavişta"da sonuncu matçını 3 ay öncə keçirib. O, "Benfika" ilə çempionat oyunundan sonra rəqib futbolçuları dalaşdığına görə Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılandan sonra ümumiyyətlə, heyətdən kənarda qalıb.
Oxşar xəbərlər
“Boavişta” Kamran Ağayevlə yollarını ayırdı - RƏSMİ
Portuqaliya klubu Kamran Ağayevlə bağlı bəyanat yaydı
"Boavişta"dan Kamran Ağayev açıqlaması: "O, böyük qapıçıdı və komandada qalmalıdı"
Kamran Ağayev qol buraxmadı
Kamran Ağayevin baş məşqçisi qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası