İngiltərə qalib gələ bilmədi -Avropa çempionatı
Avro-2020-nin qrup mərhələsi davam edir.
Sportfm.az xəbər verir ki, ötən gün 3 matç keçirilib.
E qrupunda Slovakiya İsveçlə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Daha iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.
İngiltərə millisinin isə növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin etmə şansı olsa da, komanda Şotlandiya ilə heç-heçə etməklə bundan yararlana bilməyib - 0:0.
Qeyd edək ki, turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
18 iyun
Avro-2020
2-ci tur
D qrupu
23:00. İngiltərə - Şotlandiya - 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu
20:00. Xorvatiya - Çexiya - 1:1
Qollar: Patrik Şik, 37-pen (0:1), Perişiç, 48 (1:1)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu
Oxşar xəbərlər
Almaniya bunu bacardı - AVRO-2024
İngiltərə Çexiyaya, Xorvatiya Şotlandiyaya qarşı - AVRO-2020
Xorvatiya yenə xal itirdi - AVRO-2020
Daha üç oyun keçiriləcək - AVRO-2020
İspaniya İsveçə, Polşa Slovakiyaya qarşı - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası