reklam
Sportfm.az xəbər saytı

"Komanda yoldaşlarıma inanıram" -Millimizin futzalçısı


"Yeganə məqsədimiz qələbə qazanmaqdır".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges səfərdə Polşaya qarşı keçirəcəkləri DÇ-2024-ün əsas mərhələ oyunu ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Oyunçu elit-raunda güclülərin sırasında vəsiqə qazanmaq istədiklərini bildirib: "Bunu bacaracağımıza inanıram. Meydana nə heç-heçə, nə də minimalhesablı yenilgi üçün çıxacağıq".

Borges komandada hər şeyin qaydasında olduğunu vurğulayıb. "Üç matçdan maksimum xal toplamışıq və bura lider kimi gəlmişik. Matçın keçiriləcəyi zal da yaxşıdır. İnanıram ki, oyun günü tribunalar tam dolacaq və azarkeşlər maraqlı oyun izləyəcək. Yenə deyirəm, hər şey yaxşıdır, qalır meydana çıxmaq və bu mərhələni qələbə ilə yekunlaşdırmaq".

O, zədəli oyunçuların durumu barədə danışıb: "Qarşıda hələ 2 gün var. Həkim onların hamısının meydana çıxacağını deyib. Allahın köməyi ilə martın 7-də tam heyətlə məqsədimizə çatacağıq. Komanda yoldaşlarıma inanıram".

Qeyd edək ki, martın 7-də Polşada baş tutacaq qarşılaşma saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Ona inanıram” - Regekampf
"Heç bir sədd keçilməz deyil" - Millimizin üzvü
"Hamımız yaxşı formadayıq" - Millinin futzalçısı
"Bu il hədəflərimizə çatacağıma inanıram” - "Qarabağ"ın qapıçısı
"Hər görüşə son oyun kimi baxacağıq" - "Neftçi"nin legioneri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər