Canni de Byazi millimizi tərk edir? -AÇIQLAMA
Milli komandamızın baş məşqçisi Canni de Byazi Azərbaycandan ayrılaraq İtaliya klublarından birini çalışdıracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.
İtaliyalı mütəxəssis verdiyi açıqlamada bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir və tamamilə yalandır: “Mənim Azərbaycan millisi ilə davam edən müqaviləm var və buna hörmətlə yanaşıram. Burda hər şey mənim üçün yaxşıdır”.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə Qol.az-a açıqlamasında deyib ki, Canni de Byazi peşəkar məşqçidir, müqaviləsinə hörmətlə yanaşır: “İtaliya mətbuatında yazılarla bağlı bizdə heç bir rəsmi məlumat yoxdur”.
Qeyd edək ki, İtaliyanın bəzi saytlarında bu gün yayılan xəbərlərdə iddia olunub ki, Canni de Byazi “Sampdoriya” klubunu çalışdıracaq. (qol.az)
Oxşar xəbərlər
De Byazi Azərbaycan millisindən göndərildi
Canni De Byazi favoritini açıqladı - "Ən çox inandığım komanda İspaniyadır"
"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi
De Byazi Bakıda virusa yoluxub? - AÇIQLAMA
AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.jpg)
Misli Premyer Liqası