reklam
Canni De Byazi favoritini açıqladı -
Sportfm.az xəbər saytı

Canni De Byazi favoritini açıqladı -"Ən çox inandığım komanda İspaniyadır"


Milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022 haqda danışıb.

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında azarkeşlik etdiyi komandanın İspaniya olduğunu bildirib:

“Mənim favoritim? Sensasiyalı nəticələr və son heç-heçəni nəzərə almasaq, İspaniya ən çoz inandığım komandadır”. 

De Byazi 9 yaşında qızı dünyasını dəyişən İspaniya millisinin baş məşqçisi Luis Enrikenin bir mükafata layiq olduğunu bildirib: “Həyatın ondan aldığı şeylərdən sonra bu turniri qazana bilsəydi, çox sevinərdim. Yəni, Tanrı digər əli ilə ona bir şey qaytarardı".

De Byazi İtaliya millisinin mundialdan kənarda qalması haqda da danışıb: “İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormal bir şeydir".

Oxşar xəbərlər

De Byazi Azərbaycan millisindən göndərildi
“Bakıda əsas problem futboldur” - De Byazi
"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi
Canni de Byazi millimizi tərk edir? - AÇIQLAMA
Millimizin baş məşqçisinin favoritləri - AVRO-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər