Bakıya gələcək ikinci yığma bilinəcək -AVRO-2020
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma gerçəkləşəcək.
Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.
Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
27 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Niderland - Çexiya
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"
23:00. Beçika - Portuqaliya
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.
Oxşar xəbərlər
Bakıda vacib matç - Çexiya Danimarkaya qarşı
Bu gün Bakıda son oyun - AVRO-2020
Danimarkanın rəqibi Çexiya oldu - AVRO-2020
1/8 finalın təqvimi - AVRO-2020
1/8 finalın son 5 iştirakçısı bilinəcək - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası