Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçuk: «Onları müxtəlif mövqelərdə sınadıq»
"Qəbələ” Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununda Qazaxıstanın "Ordabası” klubu ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: "İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. "Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.
Oxşar xəbərlər
"Keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım" - Qurban Qurbanov
"Bu oyun bizim üçün yaxşı məşq oldu" - Sənan Qurbanov
«Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq» - "Qəbələ"nin futbolçusu
Roman Qriqorçuk:"Bizdə hər şey rahatdır və peşəkar səviyyədədir"
Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası