reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"


Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən AZAL – "Qəbələ” matçından sonra (0:1) "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportfm.az klubun rəsmi saytına istinadən ukraynalı mütəxəssisin fikirləri ilə sizləri tanış edir: "Bu, ilin son oyunu idi. Ümumilikdə 2016-cı ili komandam üçün uğurlu hesab edirəm. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm. Yarımfinal haqda indidən danışmaq hələ tezdir. "İnter” yox, başqa komanda ilə düşsəydik də asan olmayacaqdı. Yarımfinalda zəif rəqibə rast gəlmirsən. Komandamızın bütün gənc oyunçularının şans qazanmaq imkanı var. Mən də istəyirəm ki, onlar daha çox şans qazansınlar. Bunun üzərində çalışırıq. Qarşıda komandamızı təlim-məşq toplanışı gözləyir. Bu hazırlıq prosesində çox sayda gəncə şans verəcəyik. Toplanışa gəlincə, bunun üzərində işləyirik. Ancaq bu məsələ konkretləşməyib. Komandada müəyyən dəyişikliklər də olacaq. Ancaq qış fasiləsində oyunçu tapmaqda çətinlik çəkirik”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: «Onları müxtəlif mövqelərdə sınadıq»
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Bütün matçlara qələbə qazanmaq istəyi ilə yanaşırıq"
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"
Roman Qriqorçuk: "Bu matçda qələbə qazanmamaq olmazdı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər