reklam
Təbriz Həsənov:
Sportfm.az xəbər saytı

Təbriz Həsənov: "Bizim üçün həddindən artıq ağır oyun oldu"


19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-cu yer uğrunda görüşdə Belarusa qalib gəldikləri oyunu (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:4) şərh edib.
 
Sportfm.az xəbər verir ki, Təbriz Həsənov bunları deyib: "Bizim üçün həddindən artıq ağır oyun oldu. Futbolçularımızda fiziki yox, daha çox psixoloji yorğunlu hiss olunurdu. Üstəlik, Belarus yığması kifayət qədər güclü komandadır. Xeyli çətinliklə üzləşdik, üstəlik, qol da buraxdıq. Lakin son dəqiqələrdə bəxtimiz gətirdi. Ümumiyyətlə, bütün oyun ərzində hücumda olmaq çox çətindir. Öz növbəmdə, mən də turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Oxşar xəbərlər

Belarusun baş məşqçisi: "Azərbaycan yığması həqiqətən güclü komandadır"
Millimiz İranı məğlub etdi
Təbriz Həsənov: "Turnir bizim üçün çox əhəmiyyətlidir"
Fərid Nəbiyev: "Əsas məqsədimiz turnirin finalına çıxmaqdır!" - EKSKLÜZİV, VİDEO
Təbriz Həsənov: “Oyunlar İrlandiyada deyil, ölkəmizdə, yaxud Kiprdə keçirilsəydi, daha yaxşı olardı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər