reklam
Təbriz Həsənov:
Sportfm.az xəbər saytı

Təbriz Həsənov: "Turnir bizim üçün çox əhəmiyyətlidir"


FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Qazaxıstan – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında çıxış ediblər. 

Sportfm.az mütəxəssislərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): "Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.

Aleksandr Kuznetsov (Qazaxıstan yığmasının baş məşqçisi): "Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik. Rəqbimizi yaxşı tanıyırdıq. Güclü komandadır, futbolçuların çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.

Oxşar xəbərlər

Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil
Rəqib baş məqşçi:"Azərbaycan yığmasının bütün oyunlarda qalib gəlməsi yaxşı olardı"
Löv və Prosineçki məğlub olan yığmamızı tərfilədi!
Təbriz Həsənov: "Bizim üçün həddindən artıq ağır oyun oldu"
Millimiz 9-cu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər