reklam
Çin zirvəyə yüksəldi -
Sportfm.az xəbər saytı

Çin zirvəyə yüksəldi -Tokio-2020


Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.

Sportfm.az xəbər verir ki, daha 17 dəst medal idman gimnastikası, kanoe slalom, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük və stolüstü tennis növlərində sahiblərini tapıb. Beləliklə, 112 dəst medala 66 ölkənin idmançıları yiyələnib.

Çin 31 (15 qızıl, 7 gümüş, 9 bürünc) medalla keyfiyyətcə birinci pilləyə yüksəlib.

25 (15 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanan Yaponiya 2-ci sıraya geriləyib. Medal əyarında 3-cü yeri isə 14 "qızıl", 14 "gümüş" və 10 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 56-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycan medalların sayını 68-ə yüksəltdi - İslamiada
ABŞ 1-ci, Azərbaycan 67-ci oldu - Tokio-2020
Çin liderliyini qorudu - Tokio-2020
Bu gün 29 dəst medal qazanıldı - Tokio-2020
Fəxri kürsüyə 28 ölkənin təmsilçiləri qalxdı - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər