Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçumuz ölkəmiz üçün ikinci medalı təmin etdi -Tokio-2020
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib.
Sportfm.az xəbər verir ki, buna 81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib.
Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.
Oxşar xəbərlər
2 boksçumuz medalı təmin etdi - Dünya çempionatı
Azərbaycan boksçusu bürünc medal qazandı - Tokio-2020
"Medalı təmin etdiyim üçün çox sevinirəm" - Alfonso Dominges
Azərbaycan ilk medalını qazandı - Tokio - 2020
"Minsk 2019": Daha bir boksçumuz medal qazanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası