Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Minsk 2019": Daha bir boksçumuz medal qazanacaq
Azərbaycanın daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges növbəti döyüşünə çıxıb.
O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb. O, rəqibini 5:0 hesabı ilə yenib.
Azərbaycan təmsilçisi yarımfinalda Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, A.Dominqes yarımfinala yüksələn ikinci boksçumuzdur. Ona qədər Lorenzo Sotomayor (69 kq) Avropa Oyunlarının mükafatını təmin edib.
Oxşar xəbərlər
2 boksçumuz medalı təmin etdi - Dünya çempionatı
Boksçumuz ölkəmiz üçün ikinci medalı təmin etdi - Tokio-2020
Alfonso Azərbaycan üçün qızıl medal qazandı
"Minsk 2019": Boksçumuz final görüşünə çıxacaq
Boksçumuz Minskdə finala çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası