reklam
Mahir  oynadı, komandası bərabərə qaldı -
Sportfm.az xəbər saytı

Mahir oynadı, komandası bərabərə qaldı -Çempionlar Liqası


Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" (Varşava) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Polşa təmsilçisi Xorvatiya "Dinamo"su (Zaqreb) ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Mahir Emreli  start heyətdə meydana daxil olub və 75-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.
4 avqust
"Dinamo" (Zaqreb) - "Legiya" (Varşava) - 1:1
Qollar:
 Petkoviç, 60 (1:0), Muci, 82 (1:1)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilərinə görə Mahir Emreli 5 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan biridir. 24 yaşlı hücumçu 7 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.

Oxşar xəbərlər

Mahir Emreli kubok matçında qol vurdu
Mahir qol vurdu, komandası qələbə qazandı - Çempionlar Liqası
Mahir oynadı, komandası bərabərə qaldı - Yoxlama matçı
Mahir və Buqrin ilk "3-lük"də - Çempionlar Liqası
Mahir Emreli 2-ci oldu - UEFA açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər