reklam
Azərbaycan cüdoçusu gümüş medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu gümüş medal qazandı -Avropa kuboku


Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna start verilib.

Sportfm.az xəbər verir ki, yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparırlar.

Yarışın birinci günü təmsilçilərimizdən Nurlan Osmanov fərqlənib. Azərbaycan cüdoçusu finala qədər bütün rəqiblərini məğlub edib, lakin qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Askar Narkulova məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarış iki gün davam edəcək. Turnirdə 14 ölkədən 200-ə yaxın cüdoçu iştirak edir.

Oxşar xəbərlər

Kəramət Hüseynov yeni çəkidə yarışacaq - Qran-Pri turniri
Kişi cüdoçular arasında ilk dəfə - ACF turu
Komandamız 13 cüdoçu ilə təmsil olunacaq
Cüdoçularımızdan iki medal - Avropa kuboku
Cüdoçularımız “Böyük dəbilqə”də iştirak edəcək - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər