Yay Olimpiya Oyunları başa çatdı -Tokio-2020
Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.
Mərasiçdə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib
Açılış mərasimindən fərqli, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyıb.
Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib.
Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.
Oxşar xəbərlər
Nümayəndə heyətimiz paraddan keçdi - Paris-2024
Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Azərbaycan Tokio Olimpiadasının paradından keçdi - FOTO
Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası