reklam
Biletlər sabah satışa çıxarılacaq -
Sportfm.az xəbər saytı

Biletlər sabah satışa çıxarılacaq -Azərbaycan - Portuqaliya


Dünya çempionatı-2022-nin seçmə məhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən etibarən satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.
Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.
Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.
Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. Özünüzün və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumağınızı xahiş edirik.
 

Oxşar xəbərlər

Azərbaycan – Lüksemburq matçının biletləri satışda - DÇ-2022
Biletlər satışa çıxarıldı - Azərbaycan - İrlandiya DÇ-2022
Millinin oyunlarından Qarabağ Dirçəliş Fonduna ianə
“Qarabağ” – “Aberdin” matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
"Qarabağ"ın oyununa bilet satışı başlayır - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər