reklam
Azərbaycan – Lüksemburq matçının biletləri satışda -
Sportfm.az xəbər saytı

Azərbaycan – Lüksemburq matçının biletləri satışda -DÇ-2022


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin noyabrın 14-də təşkil olunacaq Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.
Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.
Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir. 
Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. Özünüzün və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumağınızı xahiş edirik.

Oxşar xəbərlər

Biletlər satışa çıxarıldı - Azərbaycan - İrlandiya DÇ-2022
Millinin oyunlarından Qarabağ Dirçəliş Fonduna ianə
Biletlər sabah satışa çıxarılacaq - Azərbaycan - Portuqaliya
“Qarabağ” – “Aberdin” matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
"Qarabağ"ın oyununa bilet satışı başlayır - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər