reklam
Azərbaycan idmançıları Kazana gəldi -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları Kazana gəldi -MDB Oyunları


I MDB Oyunlarında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin ilk qrupu artıq Rusiyanın Kazan şəhərinə çatıb.

Sportfm.az xəbər verir ki, boksçu və güləşçilərin yer aldığı heyət Tatarıstan paytaxtında xüsusi təntənə ilə qarşılanıb.

Yarışma MDB ölkələrindən təxminən iki min iştirakçını əhatə edəcək. İdmançılar 14-23 yaş arasında olacaq. Oyunlar 16 idman növündə keçiriləcək, idmançılar arasında 182 mükafat dəstinin oynanılması planlaşdırılır. Yarışa 400-dən çox hakim və referi, habelə mindən çox könüllü cəlb olunacaq.

Azərbaycanı 118 idmançı təmsil edəcək. Azərbaycan badminton (səkkiz nəfər), basketbol 3X3 (dörd), boks (doqquz), cüdo (16), futzal (13), stolüstü tennis (səkkiz), stend və güllə atıcılığı (üç nəfər), karate (20), kəmər güləşi (dörd), kureşe (beş), qadın güləşi (altı), sambo (yeddi), sərbəst güləş (on), yunan-Roma güləşi (doqquz), Tay boksu (altı) yarışlarında təmsil olunacaq.

MDB ölkələrinin ilk Oyunlarına sentyabrın 4-də Kazanda start veriləcək və sentyabrın 11-dək davam edəcək. Oyunlara MDB-nin 9 ölkəsindən 1172 idmançı (14 yaşdan 23 yaşa qədər) daxil olmaqla 1640 iştirakçı qatılıb.

Oxşar xəbərlər

Cüdoda ikinci qızıl medal - MDB Oyunları
Stolüstü tennisçilərimiz iki medal qazandı - MDB Oyunları
Tokioda Azərbaycanı 17 əcnəbi təmsil edəcək - Acı reallıq
Gürcüstanı “Bakı 2019”da 36 idmançı təmsil edəcək
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər