Stolüstü tennisçilərimiz iki medal qazandı -MDB Oyunları
Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında daha iki medal qazanıb.
Sportfm.az xəbər verir ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə yığma komandalarımız yarışda bürünc medal qazanıblar.
Oğlanlardan ibarət yığmanın heyətində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari mübarizə aparıblar. Qızları yarışında isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova çıxış ediblər.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 36-ya çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 19-u bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
Oxşar xəbərlər
Cüdoda ikinci qızıl medal - MDB Oyunları
Cüdoçularımız mübarizəyə başlayır - MDB Oyunları
Azərbaycan idmançıları Kazana gəldi - MDB Oyunları
Tennisçilərimiz Latviyada mübarizə aparacaqlar
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün














Misli Premyer Liqası