reklam
Sportfm.az xəbər saytı

"Çox sadə iki qol buraxdıq" -De Byazinin məğlubiyyət şərhi


“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq".
Sportfm.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində səfərdə Lüksemburqla keçirilən görüşdən (1:2) sonra mətbuat konfransında deyib.  

İtaliyalı mütəxəssis millimizin ardıcıl 3-cü məğlubiyyətini belə şərh edib: "İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq".
De Byazi futbol ictimaiyyəti və azarkeşlər tərəfindən təəcüblə qarşılananan heyət seçimini isə belə izah edib: "Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.

Oxşar xəbərlər

"İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq" - De Byazi
"Standart vəziyyətdən qol buraxdıq" - Canni De Byazi
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi
"Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik" - Canni De Byazi
De Byazi: ”Lüksemburq güclü komandadır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər