reklam
Filip Ozobiç 100-ə çatdı -
Sportfm.az xəbər saytı

Filip Ozobiç 100-ə çatdı -Premyer Liqa


“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 3-cü turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.

2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-18-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.

Qeyd edək ki, Filip Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.

Oxşar xəbərlər

Qismət 150-yə çatdı
Ozobiç "Qarabağ"ın tarixinə düşdü - Premyer Liqa
Filip Ozobiçdən 30-cu qol - Azərbaycan Premyer Liqası
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
"Qarabağ"da iki yubiley

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər