reklam
Azərbaycan təmsilçilərinin ilk oyunlarının vaxtı bilindi
Sportfm.az xəbər saytı

Azərbaycan təmsilçilərinin ilk oyunlarının vaxtı bilindi


Azərbaycanın kişi və qadınlardan ibarət həndbol komandaları məşqlərə başlayıblar.
Sportfm.az xəbər verir ki, Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.

Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.

Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.

“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq. “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.

Kişilərdən ibarət “Azəryol” 1-ci mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.

Oxşar xəbərlər

“Kür”də "Kür" “Sesvete”ni qəbul edəcək
3 həndbol komandamız Avropa Kubokunda çıxış edəcək
“Azəryol”un oyunlarının vaxtı və yeri müəyyənləşdi - Avropa kuboku
Ölkə çempionatında 10 komanda mübarizə aparacaq
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər