Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu -FOTO
Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.
Sportfm.az xəbər verir ki, nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin nailiyyətlərinin sərgiləndiyi şahmat muzeyinə baxıb.
Daha sonra Qayıbov Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib, akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.
Sonda nazir 17 - 24 sentyabrda Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qeydiyyata aldığı ilk Azərbaycan Şahmat Akademiyasıdır.
Oxşar xəbərlər
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yankoviç hər şeyi açıqladı - Rəvan Həmzazadə söyüş söyüb!
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq" - Sərxan Hacıyev
-
“Qəbələ” - “Araz-Naxçıvan” - Start heyətlər
-
“İmişli” “Sumqayıt”a uduzdu - Premyer Liqa
-
“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı















Misli Premyer Liqası