"Zirə"nin futbolçuları seminarda iştirak etdi -danışılmış oyunlar
“Çinar Plaza”da Birinci Divizionda mübarizə aparan “Zirə” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.
https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967
Oxşar xəbərlər
Danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Danışılmış oyunlarla bağlı növbəti seminar keçirilib - FOTO
Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirildi
"Kəpəz"ə seminar keçirildi - Danışılmış oyunlarla bağlı
“Zirə”nin futbolçularına seminar keçirildi - Danışılmış oyunlarla bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası