reklam
Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular
Sportfm.az xəbər saytı

Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular- FOTO


İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib.
Sportfm.az xəbər verir ki, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları beynəlxalq yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Musayev Hacı(55kq), Hüseynov Kəramət(60 kq), İbrahimov İsmayıl(66 kq), Cəfərov Hasil (73 kq) və Mirzəyev Aslan (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olub. Beləliklə 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.


Oxşar xəbərlər

Belçikadan 4 medalla - Açıq cüdo turniri
Cüdoçularımız 4 medal qazandı
Gənclərimiz Avropa kubokunda rəqib tanımadı
Gənc cüdoçularımız Sankt-Peterburqda 3 medala sahib oldular
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər