reklam
Gənclərimiz Avropa kubokunda rəqib tanımadı
Sportfm.az xəbər saytı

Gənclərimiz Avropa kubokunda rəqib tanımadı


Çexiyanın paytaxtı Praqa şəhərində yeniyətmələrin cüdo üzrə Avropa kuboku keçirilir.

Sportfm.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu mötəbər yarışda rəqib tanımayıblar. Yeniyetmə cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər.

Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.

Oxşar xəbərlər

Cüdoçularımız 4 medal qazandı
Praqada Azərbaycan dueli
Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular - FOTO
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər