Xəzər İsayev AƏOH-un üzvü seçildi -Təyinat
Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyası keçirilib. İyirmi iki ölkədən nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.
Sportfm.az xəbər verir ki, konqresin əsas mövzusu “Ədalətli Oyunlar üçün təhsil - təşəbbüslər və layihələr” olub.
Mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinlənilib, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020/2021-ci il üzrə yekunlarına əsasən mükafatları sahiblərinə təqdim edilib.
Azərbaycan nümayəndə heyəti tərəfindən AzƏOK-un 2020-2021-ci illər ərzində gördüyü işlərin hesabatı məruzə edilib.
Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Latviyalı Baiba Veisa, xorvatiyalı Biserka Vrbek quruma yeni vitse-prezident təyin olunublar. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Tədbirin sonunda AƏOH-un yeni seçilmiş prezidentinə MOK-un xatirə hədiyyəsi təqdim edilib.
Oxşar xəbərlər
Cüdoçumuz beynəlxalq mükafata layiq görüldü - FOTO
MOK-un 20 illik yubiley mərasimi keçirildi
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi
Xəzər İsayev mükafat verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası