Cüdoçumuz beynəlxalq mükafata layiq görüldü -FOTO
Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə komitənin təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi olub.
Mərasimdə Azərbaycanın böyüklərdən ibarət milli yığma komandasının üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Dünya Ədalətli Oyun” mükafatı təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir.
Mükafatlandırma zamanı qeyd edilib ki, S.Mollayi bu dəyərləri mənimsəməklə yanaşı, bütün karyerası boyu ədalətli oyun ruhunu nümayiş etdirən və tək cüdo üzrə deyil, bütün idman növləri üzrə idmançılara nümunə olan atletdir.

Oxşar xəbərlər
Xəzər İsayev AƏOH-un üzvü seçildi - Təyinat
MOK-un 20 illik yubiley mərasimi keçirildi
Firdovsi Umudov mükafatlandırıldı - FOTO
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.jpg)





Misli Premyer Liqası