"Doğma meydanda qələbə qazanmaq əla olardı" -Henninq Berq
"Matçı səbirsizliklə gözləyirik. Evdə azarkeşlərimiz qarşısında oynamaq bizim üçün yaxşıdır".
Sportfm.az xəbər verir ki, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis meydana hansı taktiki sxemlə çıxacaqlarını açıqlaq istəmədiyini bildirib: "Görüşün çətin keçəcəyini bilirik. Qalib gəlməyə çalışacağıq. Bilirik ki, bunu etsək, qrupdan çıxmaq şansımız artacaq. Doğma meydanda qələbə qazanmaq əla olardı. Harada mübarizə aparmağımızdan asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. "Qarabağ" təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb, qrupdakı ilk matçında isə "Bazel" lə heç-heçə edib. Yaxşı komandaya qarşı çətin oyun gözləyirik".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Hammar "Qarabağ"a qalib gəlməkdən dəm vurur
""Qarabağ" Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər" - MÜSAHİBƏ
"Omoniya" - "Qarabağ" oyununun hakimləri - Konfrans Liqası
“Qarabağ”ın rəqibinin 2 futbolçusunda yoluxma - Konfrans Liqası
"Qarabağ"la matç bizim üçün finaldır" - Rıza Çalımbay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa














.png)
Misli Premyer Liqası