reklam
Hammar
Sportfm.az xəbər saytı

Hammar "Qarabağ"a qalib gəlməkdən dəm vurur


"Bacarığımızı göstərə bilsək, qələbə qazanmaq şansımız böyükdür".

Sportfm.az xəbər verir ki, bunu İsveçin "Hakken" klubunun futbolçusu Yohan Hammar evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

29 yaşlı müdafiəçi doğma meydanda bu turnirin himnini eşitməyin onlar üçün xüsusi olacağını bildirib: "Bizi güclü rəqibə qarşı əla matç gözləyir".

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov
"Qarabağ" - "Hakken" matçında dolu tribunalar olacaq
“Hakken” – “Qarabağ” oyununun biletləri satışda - Avropa Liqası
"Qarabağ"ın rəqibində 3 yeni müqavilə
"Doğma meydanda qələbə qazanmaq əla olardı" - Henninq Berq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər