“Neftçi” AVIS-lə əməkdaşlığı davam etdirəcək -REKLAM
“Neftçi” Peşəkar Futbol Klubu ilə beynəlxalq avtomobil kirayəsi şirkəti “AVIS”in ölkəmizdəki təmsilçisi “Otokoç Azərbaycan” MMC arasında tərəfdaşlıq müqaviləsi davam etdiriləcək. Bir müddətdir komandamıza dəstək verən şirkət bundan sonra da “Neftçi”nin yanında olacaq.
Sportfm.az xəbər verir ki, razılaşmaya əsasən, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub. Bundan əlavə, geridə qalan dönəmdə olduğu kimi, qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. “Neftçi” PFK isə bunun qarşılığında şirkətin “AVIS” markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunları və məşqlər zamanı, sosial media səhifələrində, “Neftçi TV”də reklam edilməsini təmin etmək və digər marketinq xidmətləri göstərməklə yanaşı, bu əməkdaşlığın daha çox kommunikasiya edilməsini təşkil edəcək.
Qeyd edək ki, “AVIS" 1974-cü ildə Türkiyədə ilk dəfə fəaliyyətə başlayıb. Bu gün Otokoç Avtomobil 9 müxtəlif ölkədə təmsil olunur. “AVIS” 15 aprel 1997-ci ildə Azərbaycan bazarına daxil olub. Gəlişi ilə öz təcrübəsini, müştəri məmnuniyyəti təcrübəsini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. “AVIS Azərbaycan” bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq, 1200 ədəd nəqliyyat vasitəsilə Bakıda və regionda fəaliyyət göstərir. “AVIS Azərbaycan” 24 illik təcrübəsi ilə istehsalçı tərəfindən zəmanət verilən, sığortalı zəmanətli sığorta, səlahiyyətli xidmətlərdə pulsuz texniki xidmət, istismar zamanı nəqliyyat vasitələrinin pulsuz daşınması və yeni markalı nəqliyyat vasitələri, həmçinin təhlükəsizlik və məmnunluq təklif edir.
Oxşar xəbərlər
"Sabah" üçün yeni tərəfdaş - Anlaşma
“Neftçi”də yeni sponsor - “Liv Bona Dea Hospital”
Türkiyə şirkəti Azərbaycan klubu ilə müqavilə bağladı
"Neftçi" klubu tərəfdaşlıq müqaviləsi imzaladı
"Qəbələ"ni bir il nəqliyyat vasitələri ilə təmin edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası