reklam
Sportfm.az xəbər saytı

"Sabah" üçün yeni tərəfdaş -Anlaşma


“Peugeot Azerbaijan” şirkəti “Sabah” klubunun yeni nəqliyyat tərəfdaşı olacaq.

Sportfm.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Sabah” nəqliyyat vasitələri ilə təmin ediləcək.

Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib. Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah”ın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.

Bundan əlavə, “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.

“Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudur.

Oxşar xəbərlər

“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi
“Sabah”ın tərəfdaşı olduğu layihə başa çatdı
Bakı klubu sponsoru ilə davam edəcək
“Neftçi” AVIS-lə əməkdaşlığı davam etdirəcək - REKLAM
Ekström ralli-kross üzrə 11-ci mərhələnin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər